ABŞ-da təyyarə qəzası: 16 nəfər öldü
ABŞ-da baş verən təyyarə qəzasında sağ qalan olmayıb.
APA TV-nin BBC-yə istinadən xəbərinə görə, 16 nəfər şəxsi heyəti olan KC-130 markalı hərbi nəqliyyat təyyarəsi Missisipi ştatında qəzaya uğrayıb.
Təyyarə Cekson ştatından 160 km şimal istiqamətində yerə düşüb.
Şahidlərdən biri təyyarənin spiralvari şəkildə yerə düşdüyünü bildirib. Tüstüləyən mühərriklərdən bir alışıb, daha sonra partlayış baş verib.
Dəniz piyadalarının korpus nümayəndəsi Sara Berns bildirib ki, "KC-130 Hercules" təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Missisipi qubernatoru Kris Brayant isə olayı bədbəxt hadisə adlandırıb.
OXŞAR XƏBƏRLƏR
15:07
240
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
294
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
460
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
605
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
648
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
586