Bakının tanınmış restoranında yanğın oldu, müştərilər təxliyə edildi

Bakıda restoranda yanğın olub, müştərilər təxliyə edilib. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma N1” restoranında baş verib. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından  mühafizə olunub.

 

Yanğın zamanı restorana elektrik enerjisinin verilməsi dayandırılıb, təhlükəsizlik məqsədilə müştərilər təxliyə edilib.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR