İraq üçün tarixi gün: Mosul qələbəsi rəsmən elan edildi
İraqın baş naziri Heydər əl-Abadi Mosul şəhərinin İŞİD terrorçularından tam azad olduğunu rəsmən elan edib. Baş nazir bunu dövlət televiziyasında çıxışı zamanı bildirib.
“Mən terrorçu təşkilatın iflasa uğradığını, terror üzərində qələbə əldə edildiyini elan edirəm”, deyə Heydər əl-Abadi bildirib.
Bundan əvvəl baş nazir Mosula səfər edərək İraq əsgərlərini qələbə münasibəti ilə təbrik etmişdi.
BMT-də hesab edirlər ki, qaçqınların Mosula qayıdışı yaxın aylarda başlamayacaq. Ekspertlərin hesablamalarına görə, Mosulun 850 min nəfərdən çox sakini şəhərdən kənarda məskunlaşıb. BMT baş katibinin rəsmi nümayəmdəsi Stefan Düjarrik bölgədə hərbi əməliyyatların başa çatdığını alqışadıqlarını desə də, humanitar böhranın sonunun görünmədiyini əlavə edib.
ABŞ prezidenti Donald Tramp Mosul qələbəsi münasibətilə İraqın baş naziri Heydər əl-Abadini təbrik edib.
Mosul 2014-cü ilin iyununda İŞİD-in əlinə keçib. 2016-cı ilin oktyabrında şəhərin azad edilməsi əməliyyatına başlanılıb. Bu ilin iyununda komandanlıq İŞİD-in Mosuldakı son mövqelərinə hücumun başladığını elan etmişdi. Əməliyyatda xüsusi təyinatlılar, federal polis və İraq silahlı qüvvələri iştirak edirdi.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi