İmişlidə beş otaqlı ev əşyaları ilə birlikdə kül oldu
İmişlidə fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi iyulun 10-u axşam saatlarında İmişli rayonunun Otuziki kəndində qeydə alınıb. Kənd sakini Cəfərov Saləddin Səfiqulu oğluna məxsus evdə qazla dolu balonda başlayan yanğın qısa müddətdə güclənib. Alov ümumi sahəsi 190 kv.metr olan 5 otaqlı evi bürüyüb. Yanğın nəticəsində evin 4 otağı 60 kv. metr sahədə əşyaları ilə birgə yanaraq külə dönüb.
Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:07
241
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
296
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
461
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
605
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
648
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
586