Gəncədə televiziya əməkdaşının avtomobili qarət edildi

Gəncədə avtomobil qarət olunub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 10-u axşam saatlarında şəhərin Əttarlar küçəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus “Opel” markalı avtomobilin yan şüşəsinin sındıraraq maşından cüzdanı aparıblar.

 

Zərərçəkənin sözlərinə görə, cüzdanda nağd pul, plastik kartlar və lazımi sənədlər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır.

 

Qeyd edək ki, Fərid Mehdiyev “ARB Kəpəz” telekanalında xəbərlər departamentinin direktoru vəzifəsində çalışır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR