Raquf Orucovun xatirəsi anıldı
Ötən ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində baş tutan tədbirdə "ASAN Xidmət"in rəhbərliyi, Raquf Orucovun ailə üzvləri, gənclər iştirak edib.
Tədbirdə Raquf Orucovdan bəhs edən "Murov qartalı” kitabının təqdimatı keçirilib, şəhid polkovnik-leytenant haqda film nümayiş etdirilib.
Raquf Orucov cəbhənin ən çətin yerində - Murovdağda kəşfiyyatçı kimi igidliklər göstərib. "ASAN Radio”nun rəhbəri Emin Musəvi bildirib ki, gənclərdə vətənpərvərlik hissinin formalaşması istiqamətində silsilə tədbirlər davam etdiriləcək. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və Qarabağ döyüşlərin şəhid olmuş qəhrəmanlar haqda ətraflı məlumatın verilməsidir.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi