Bakıda qadınları soyan şəxs yaxalandı

Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə təqsirli bilinən şəxs yaxalanıb.

 

APA TV-nin xəbərinə görə, iyul ayının 6 və 7-də Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında naməlum şəxs Bakı şəhər sakini olan iki qadına qarşı zor tətbiq edib onların qızıl boyunbağısını götürərək hadisə yerindən qaçıb.

 

Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Rzayev saxlanılaraq istintaqa təqdim olunub.

 

Saxlanılan şəxs ifadəsi zamanı soyğunçuluq yolu ilə əldə etdiyi qızıl boyunbağıları satdığını bildirib: "360 manata qızıl qəbulu məntəqələrindən birinə satmışam".

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR