Lənkəranda 5 yaşlı uşağın 26 barmağı var
Lənkəranın Aşağı Nüvədi kənd sakini Yusif Abbasov dünyaya göz açanda hər kəsi təəccübləndirib. Normal insanlardan fərqli olaraq onun, 20 deyil, 26 barmağı var. Daha dəqiq desək, 5 yaşlı Yusifin hər əlində 7, hər ayağında 6 barmağı var.
Əmisi Natiq Mirzəyevin sözlərinə görə, bu hal azyaşlı üçün heç də çətinlik yaratmır. O, hətta avtomaşını təkanla itələyə bilir: "Uşaq dünyaya gələndə onun barmaqları 26 olduğuna görə biz özümüz şoka düşdük. Yəni normal barmaq 10 dənə olur. Beş birində, beş birində. Bu uşaqda qeyri-adi olduğundan biz şokda qaldıq. Dedik, fiziki qüsuru, nə isə bir problem var. Həkimə müraciət etdik. Heç bir fiziki qüsuru yox idi".
Yaxınları Yusifin digər uşaqlardan daha aktiv olduğunu deyir. Dəfələrlə azyaşlı həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmadığı məlum olub. İndi yaxınlarını narahat edən əsas məsələ onun gələcəkdə bu səbəbdən çətinliklər çəkə biləcəyidir: "Rahat hiss edir özünü, uşaqlarla həyətdə futbol oynayır. Yaşı azdır, məktəbə getmir, amma gedən uşaqlarla oturub maraqlanır, oynayır. Heç birindən geri qalmır".
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimi Rasif Axundov deyir ki, bu hal irsi faktordan, ata və ananın qohumluq əlaqəsindən yarana bilir. Bu kimi uşaqların həyatı üçün heç bir təhlükə yoxdur: "Burda əsasən xəstəliyin etimologiyası irsi faktorla ələqədardır. Bəzən isə ətraf mühitdən, müəyyən zərərli amillərdən, məsələn, radiasiyadan belə şeylər əmələ gələ bilər. Nüalicəsi cərrahiyyə yolu ilə artıq falanqaların kəsilib götürülməsidir".
Qeyd edək ki, Yusif Abbasov ailənin tək övladıdır. Onun valideynlərinin qohumluq əlaqəsi var.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi