Şirvanda 5 otaqlı ev yandı

Şirvanda 5 otaqlı mənzildə baş verən yanğın nəticəsində evin bir hissəsi yanıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şirvan şəhəri E.Əzimov küçəsi 8 ünvanında yerləşən 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

 

1952-ci il təvəllüdlü Axundov Qurban Fətəli oğluna məxsus, ümumi sahəsi 130 kv. metr  olan birmərtəbəli evin mətbəx və digər otağının yanar konstruksiyaları və əşyaları 30 kv. metr sahədə yanıb. Yanğın Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi tərəfindən saat 03:10-da söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Hadisə yerinə Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri baş çəkib və müəyyən yardım göstərəcəklərinə söz veriblər. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR