Lənkəranda toydan qayıdan piyadanı maşın vurdu

Lənkəranda yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun 199-cu km-də qeydə alınıb.

 

Lənkəran rayonunun Digah kənd sakini Sahil Həmdəmov yolu keçək istəyərkən “KİA” markalı 90 EC 989 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Yaralı dərhal sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.

 

Qeyd edək ki, Sahil Həmdəmov axşam saatlarında toydan qayıdırmış. Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR