Leyla Əliyevanın Zəhra haqqında yazdığı şeirə film çəkildi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 18 aylıq Zəhra haqqında yazdığı şeirin əsasında qısametrajlı film hazırlanıb.

 

APA TV-nin məlumatına görə, ekran işində xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Cabir İmanov, Vəfa Zeynalova, Ədalət Şükürov, aktyorlar Elnur Kərimov, Günel Həmidova, Fərda Xudaverdiyev, Qarabağ qazisi, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov, müğənni Samira Allahverdi və rəqqasə Oksana Rəsulova çəkilib.

 

Qeyd edək ki, layihənin rəhbəri Sadiq Qurbanzadə, rejissoru Samir Abbasovdur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR