Masallıda taksi sürücüsünü cərəyan vurub öldürdü
Masallıda taksi sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun İsgəndərli kəndində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan 26 yaşlı kənd sakini Bəhrəm Müslüm oğlu Heydərov axşam saatlarında əmisinə məxsus avtoyuma məntəqəsinə gəlib və maşınını özü yumaq istəyib. Orada olan açıq naqillərlə ehtiyatsız davranan Bəhrəm Heydərovu elektrik cərəyanı vurub. Dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:07
267
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
327
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
485
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
610
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
653
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
588