Gəncə-Şəmkir yolunda iki "Jiquli" toqquşdu: 5 yaralı
Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər - Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elməddin Quliyev və Göygöl rayonunun Balçılı kənd sakini, 1970-ci il təvəllüdlü Yaşar Rüstəmov, həmçinin sərnişinlər - Daşkəsən rayon sakini, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, Göygöl rayonunun Xəqani kənd sakinləri - 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova və 1949-cu il təvəllüdlü Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi