Türkiyənin iqtisadiyyat naziri Avstriyaya buraxılmadı

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Avstriyaya girişinə qadağa qoyulub.

 

APA TV-nin məlumatına görə, 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı Hollandiyada keçiriləcək tədbirlərdə nazirin iştirakına icazə verilməyib.

 

Bundan öncə Hollandiya hökuməti baş nazirin müavini Toğrul Türkeşin analoji toplantıda iştirakını arzu etmədiklərini bildirmişdi. Hollandiya Xarici İşlər Nazirliyindən ötən həftə verilən açıqlamada “mövcud şərtlərdə iki ölkə arasındakı münasibətlər baxımından Türkeş və ya hər hansı hökumət rəsmisinin Hollandiyaya gəlməsi arzuolunmazdır” - deyə vurğulanmışdı.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR