Neft Daşlarında intihar: özünü 9-cu mərtəbədən atdı

Neft Daşlarında intihar hadisəsi qeydə alınıb.

 

APA-nın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi, 1961-ci il təvəllüdlü geoloq Məmməd Şəmistan oğlu Vəliyev naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.

 

Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR