Türkiyəli nazirdən xoş xəbər: "TANAP istismara veriləcəyi tarix..."
TANAP 2018-ci ilin ortalarında istismara veriləcək.
APA TV-nin Türkiyə müxbirinin məlumatına görə, bu sözləri XXII Dünya neft Konqresinin açılışındakı çıxışında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak deyib.
Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı böyük enerji layihələrindən danışan nazir Albayrak, Bakı-Tbilisi-Ceyhan kəməri sayəsində Ceyhan limanını dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən biri halına gətirdiklərini vurğulayıb.
”Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaq TANAP layihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarında TANAP layihəsini istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”, - Bərat Albayrak belə deyib.
Qeyd edək ki, iyulun 10-da XXII Dünya Neft Konqresinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək dövlət başçıları mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR
15:07
268
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
327
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
486
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
611
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
654
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
588