Türk polisinə silahlı hücum edildi, ölənlər və yaralanan var

Türkiyənin Hatay şəhərində polis məntəqəsi silahlı hücuma məruz qalıb.

APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində yaralanan 3 polis əməkdaşı xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.

Məlumata əsasən, polis məntəqəsinin yaxınlığında sahibləri tərəfindən atılmış avtomobil aşkarlanıb. Silahlı hücumu PKK silahlı qruplaşmasının törətdiyi ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR