Səfərdən qayıdan Tramp küləklə "əlləşərkən" - PAPAQ ƏHVALATI

ABŞ prezidenti Donald Tramp növbəti dəfə maraqlı vəziyyətlə kameralara tuş gəlib. "Böyük İyirmilik" ölkələrinin sammiti ilə əlaqədar Almaniyanın Hamburq şəhərində səfərdə olan D.Tramp onu müşayiət edən xanımı Melaniya ilə birlikdə ölkəsinə qayıdıb.

APA TV "CNN" telekanalına istinadən məlumat verir ki, ikigünlük səfərdən qayıtdıqdan sonra Melaniya Tramp prezident karvanı ilə, D.Tramp özü isə helikopterlə hava limanını tərk edib.

Bu vaxt əsən külən helikopterin yanında dayanmış əsgərin baş geyimini yerə atıb. Prezident onun baş geyimini yerdən qaldırıb başına qoymaq istəsə də, külək ikinci dəfə əsgərin papağını yerə salıb. Bundan sonra prezidentin yanında olan zabit ona kömək edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR