Sürətlə hərəkət edən "Niva" 3 maşını əzdi - BAKIDA XƏSARƏTLƏ QƏZA
Gecə saatlarında Bakının Sabunçu rayonunda zəncirvari yol qəzası baş verib. Hadisə zamanı 4 avtomobil toqquşub.
APA TV xəbər verir ki, Sabunçu-Zabrat yolunun Sabunçu dairəsindən keçən hissəsində, yolötürücü körpünün üstündə baş vermiş avtoqəza zamanı 3 nəfər xəsarət alıb.
Məlumata görə, "Vaz 2107" markalı minik maşını nasaz olması ilə əlaqədar yolun kənarında dayanıbmış. "BMW" markalı avtomobilin sürücüsü isə onun köməyinə gəlibmiş. Bu vaxt yüksək sürətlə hərəkət edən "Vaz 2121" (Niva) markalı avtomobilin sürücüsü isə qəfil yaranmış sıxlığa görə idarəetməni itirib və nəqliyyat vasitəsini dayanmış avtomobillərə çırpıb. Zəncirvari toqquşmadan həmin yolla hərəkət edən "Daewoo" markalı minik maşını da öz payını alıb.
Nəticədə avtomobillərdə olan 3 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Elvin Hətəm oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Zahir Faiq oğlu və 1986-cı il təvəllüdlü Quliyev Şamil Nemət oğlu xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan xəsarətləri yüngül olduğu üçün E.Əliyevlə Z.Abdullayev evə buraxıldığı halda, Ş.Quliyev müalicəsini xəstəxanada almalı olacaq.
Yol qəzasının təfərrüatlarını Sabunçu RPİ-nin istintaqçıları araşdırır.
OXŞAR XƏBƏRLƏR
15:07
268
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
327
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
486
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
611
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
654
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
588