Gəncədən gələn soğan yüklü maşın qəzaya uğradı, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Əliyev Qərib Qələndər oğlunun idarə etdiyi və soğanla yüklü olan “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı dəmir maneəyə çırpılıb.

Qəza nəticəsində avtomoibldə olan soğan yükü yola dağılıb. Sürücü Q.Əliyev xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Avtoqəza zamanı maşında olan bir sərnişin də yüngül xəsarət alıb.

Qəsəbə sakinləri sözügedən ərazidə tez-tez bu cür qəzaların baş verdiyini vurğulayır. Səbəb kimi isə yolun işıqlandırılmaması göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR