Mosul İŞİD-dən tam təmizləndi - BAŞ NAZİR AÇIQLADI
İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bunu bu gün Mosula səfər edən İraqın baş naziri Haydar əl-İbadi bəyan edib. Baş nazir qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.
Bununla da Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı 265 gün sonra başa çatıb.
Digər yandan, təxminən 3 ildir gərgin döyüşlərin getdiyi şəhərdən geriyə xarabalıqları qalıb. Son əməliyyatlardan sonra Mosulun qərbində terroristlərə aid meyitlər aşkarlanıb. İraqın təhlükəsizlik qüvvələri təxminən 30 terroristin Dəclə çayını üzüb keçmək istəyərkən öldürüldüyünü bildirib.
Şəhərdə terror hadisələrinə görə bu günə qədər təxminən bir milyon dinc sakin evlərini tərk edib, son 3 ildə isə yeddi min sakin həyatını itirib. BMT şəhərin yenidən inşası üçün 1 milyard avro yardım edəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi