İŞİD-in Mosulda son saatları - ŞƏHƏR AZAD OLUNMAQ ÜZRƏDİR

İŞİD terror təşkilatı İraqın Mosul şəhərini itirmək üzrədir. APA TV-nin xəbərinə görə, İraq dövlət televiziyası yaxın saatlarda zəfərin elan olunacağı barədə məlumat yayıb.

 

Bildirilir ki, terrorçuların qurduğu sonuncu müdafiə xətti artıq yarılıb və hazırda İŞİD-in əlində şəhərin bir neçə küçəsi qalıb. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri terrorçuların əlində qalan sonuncu bölgəni də bombalayıb. Toplarla vurulan ərazidən qara duman yüksəlir.

 

"Reuters" agentliyi artıq zəfəri bayram edən İraq əsgərlərinin görüntüsünü yayıb. Əllərində İraq bayraqları olan əsgərlər rəqs edib havaya atəş açırlar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR