Qubada BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirildi

Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və istirahət mərkəzində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəlcə toplantı iştirakçıları mərkəzdəki ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkəmizdə təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açıb. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayan IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Avropa Qran-Prisinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Bakı Dövlət Universitetinin Publik hüquqi şəxs kimi yenidən təşkili ilə əlaqədar qarşıda duran vəzifələr haqqında elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə məlumat verib.

 

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva 2016-2017-ci tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə ilə çıxış edib.

 

BDU-nun Qazax filialının bir illik fəaliyyəti haqqında filialın direktoru, professor Vüsət Əfəndiyevin məruzəsi dinlənilib.

 

Elmi Şuranın iclasında elmi adların verilməsi, yay məktəblərinin təşkili, adlı təqaüdlərin verilməsi, tədris ilində xüsusi uğurlar əldə edənlərin mükafatlandırılması kimi məsələlərə baxılıb, yubilyarlar təbrik edilib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR