Almaniyada Ukrayna müzakirələri - RUSİYA GERİ ÇƏKİLMİR

Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində əsas müzakirə mövzularından biri də Ukraynanın şərqindəki vəziyyət olub.

 

APA TV-nin xəbərinə görə, məsələ əvvəlcə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə müzakirə olunub.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, münaqişə ilə bağlı ABŞ və Rusiya liderlərinin təyin etdiyi xüsusi nümayəndələr arasında təmasların sıxlaşdırılması qərara alınıb.

 

Ukrayna məsələsi Fransa, Almaniya və Rusiya liderlərinin bu gün səhər yeməyi arxasında keçirilən görüşündə də müzakirəyə çıxarılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Emmanuel Makron, Angela Merkel və Vladimir Putin Normand formatında Ukrayna, Fransa, Almaniya və Rusiya arasında keçirilən telefon danışıqlarını bərpa etməyi qərara alıblar. "Bütün tərəflər tam razılığa gəlib ki, təmas xəttində atəşkəsin tam kəsilməsinə və ağır texnikanın bölgədən çıxarılmasına səbəb olacaq addımlar atılmalıdır" - deyə Peskov qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR