Melania Putin-Tramp görüşünə müdaxilə edib - "YEKUNLAŞDIRIN!"
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.
APA TV-nin "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır ki, Tramp və Putin arasında pozitiv kimya yaranıb”, - deyə R.Tillerson bildirib.
Onun sözlərinə görə, söhbət o qədər uzanıb ki, ABŞ-ın birinci ledisi Melania Tramp da qəfildən otağa daxil olaraq prezidentləri söhbəti yekunlaşdırmağa çağırıb. "Qarşılıqlı ilgi və fikir alış-verişi elə bir səviyyəyə çatdı ki, liderlərdən kimsə durmaq istəmədi. İnsanlar otağın qapısını açıb içəri baxırdılar. Hətta bizi oradan çıxara bilmək üçün birinci ledini də göndərdilər. Bəlli ki, bacarmadı" - deyə dövlət katibi qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA