Sona Vəliyeva: "Bu, Azərbaycan xalqının başına gətirilən faciələrin bir hissəsidir"

Sadıq Zeynaloğlunun rus dilindən Azərbaycan dilinə tərcümə olunan “Onları Vətəndən məhrum ediblər” və “Tarixin qan yaddaşı” kitablarının təqdimat mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, kitablarda Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində 1931-ci ilin fevral-mart aylarında baş verən hadisələr təsvir olunub. Burada cibində Kommunist Partiyasının biletinin daşıyan NKVD-nin erməni əməkdaşlarının çıxardığı qərarlar əsasında Qazaxıstana sürgün edilən qarabağlıların siyahısı verilib. Kitabdakı adlar, soyadlar və digər məlumatlar arxiv materiallarından götürülüb.

 

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan xalqının repressiya tarixindən bəhs edən nəşrlər o dövr haqqında həqiqətləri sənədlər əsasında üzə çıxarır: "Repressiya qurbanlarının ailələrindən bəhs edən kitablar bütövlükdə Azərbaycan xalqının taleyi, onun başına gətirilən faciələrin, ona qarşı təcavüzlərin bir hissəsidir. Bu, elə bir hadisədir ki, ona qarşı laqeyd qalmaq olmaz. Müəllif yazır ki, repressiya hadisələrinin 93 faizinin birbaşa təşkilatçısı ermənilər idilər. Sənədlər əsasında yazılan və qərəzdən, təhrifdən uzaq olan dəyərli kitablar ölkənin bütün kitabxanalarına göndəriləcək".

 

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitabın tarixi və bədii əhəmiyyətindən danışıb, onu repressiya illərinin tarixini öyrənmək baxımından qiymətli mənbə kimi dəyərləndirib.

 

Tədbirdə kitabların sifarişçisi Mehdi Məmmədova "Kaspi" Mətbuat və Təhsil Mərkəzi ilə Mətbuat Şurasının diplomu təqdim olunub.

 

Qeyd edək ki, hər iki nəşrin tərcüməçisi Elxan Zal Qaraxanlı, redaktoru Fərid Hüseyndir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR