Bakıda yağış, bölgələrdə leysan yağacaq

İyulun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir,

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 9-u axşamdan 10-u gündüzədək əsasən gecə və axşam bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR