Astara bulvarının ərazisi genişləndirilir
Astarada dənizkənarı park-bulvar kompleksinin ərazisi 6 hektardan 15 hektara qədər artırılır.
APA TV-nin cənub bürosunun xəbərinə görə, prezident İlham Əliyevin Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb və artıq tikinti işlərinə start verilib.
Yeni salınan park-bulvarın ərazisi əvvəlcə qamışlıqdan və tullantılardan təmizlənib, bataqlıqların qurudulması işləri aparılır. Bu günə qədər əraziyə üç min torpaq qatı döşənib. Layihəyə əsasən, uşaqların istirahətini təmin etmək üçün yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, möhtəşəm amfiteatr, eləcə də attraksionlar quraşdırılacaq. Bulvarın ərazisində həmçinin unikal fəvvarə kompleksi də nəzərdə tutulub.
Astara şəhər icra nümayəndəsi Şahverən Cavadov layihə barədə məlumat verib: "Möhtəşəm bir idman kompleksi olacaq, ən azı 4 min tamaşaçı tutumu olan bir stadion salacağıq və o stadionda müxtəlif idman növləri ilə məşğul olmağa bizim yerli əhalinin, gələn qonaqların imkanı olacaq. Biz burda Bayraq Meydanı tikəcəyik, hündür bir bayrağımız dalğalanacaq. Sərhəd boyunca 450 metrlik qala divarı tikiləcək. Əvvəlki park-bulvarda bu yox idi".
Əvvəlki park-bulvar kompleksi Xəzər dənizinin sahil boyunca 1 kilometr uzunluğunda olan 6 hektar ərazini əhatə edir. Yeni salınan bulvarın ərazisi genişləndirilərək 15 hektara çatdırılacaq. Bununla da yerli əhali və rayona gələn qonaqların çoxluğu səbəbindən parkda yaşanan sıxlıq həllini tapacaq.
Astara sakini Rafiq Əliyev bu möhtəşəm layihəyə görə həmyerliləri adından ölkə başçısına təşəkkür edib: "Bu park-bulvar salındıqdan sonra biz təqaüdçülər, veteranlar axşamlar öz istirahətimizi burada keçirəcəyik. Bu park bizim üçün çox vacib idi və bunu nəzərə alaraq, möhtərəm prezident bu parkın salınması üçün vəsait ayırdı. Buna görə astaralılar adından, veteranlar adından təşəkkür edirik".
İşlər bu sürətlə davam edərsə, park bulvarın payız aylarında istifadəyə verilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA