Hamburqda “G-20” toqquşmaları: yüzlərlə yaralı var

Hamburqda G20 sammiti “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə təşkil edilən aksiyaların kölgəsində keçirilib.

 

APA TV-nin xəbərinə görə, polis şəhərin “Balıq bazarı” adlanan yerində toplanan 12 min aksiya iştirakçısını dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib, küçə və yollar bağlanıb.

 

Toqquşmalar nəticəsində 100-dən çox aksiya iştirakçısı, eləcə də 200-ə yaxın polis əməkdaşı xəsarət alıb.

 

Aksiya iştirakçıları Rusiya, Cənubi Koreya prezidentləri və Avstraliya baş nazirinin qaldığı hotelə hücum ediblər.

 

Kütləvi iğtişaşlar zamanı 83 nəfər saxlanılıb. Onlardan 19-u barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR