Putin və Tramp arasında tarixi görüş baş tutdu

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.

 

APA TV-nin məlumatına görə, danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.

 

Mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR