Bakıda nişandan qayıdanların avtomobili qəza törətdi, 15 yaşlı yeniyetmə yaralandı
Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində qeydə alınıb.
Azadlıq prospektində köməkçi yolla hərəkət edən “Toyota RAV 4” markalı avtomobilin qadın sürücüsü yol nişanının tələbinə riayət etməyib və prospektin əsas yolundan Süleyman Sani Axundov küçəsinə dönən “Mercedes” markalı avtomobili vurub. Qəza nəticəsində “Mercedes”in sürücüsü Ziya Əliyevin 15 yaşlı övladı ağır xəsarət alıb. Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi gəlib və müayinələr aparılıb İlkin məlumata görə, “Toyota” avtomobilindəkilər nişan məclisindən qayıdırlarmış. Nişanlanan gənc də avtomobildə olub. Onlardan heç kim xəsarət almayıb. Qadın sürücünün spirtli içki qəbul etməsinə şübhələr olduğundan, o, sərxoşluğun müəyyən edilməsi məntəqəsinə aparılıb.
Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA