Cümə xütbələrində 2 yaşlı Zəhra və nənəsi anıldı

Azərbaycanda və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xaricdəki nümayəndəliklərində cümə xütbəsi ermənilərin qətlə yetirdiyi dinc Füzuli sakinlərinin xatirələrinə həsr olunub, erməni silahlılarının qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsi anılıb.

 

APA TV-nin məlumatına görə, Məşədi Dadaş məscidində QMİ-nin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli başda olmaqla cümə xütbəsində iştirak edən möminlərə erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı - qadın və uşaqların qətlləri barədə xütbə oxunub.

 

Namazdan sonra Talassemiya Federasiyasının təşkilatçılığı ilə "Bir damla qan bir həyata bərabərdir" adlı qanvermə aksiyası keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR