Səlim Müslümov Astarada vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəbulda Astara, Lənkəran, Yardımlı, Masallı və Lerik rayonlarının sakinləri iştirak edib.
Qəbul zamanı müraciətlər dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edib.
Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA