AMEA-nın ilk magistrləri məzun oldu
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “Məzun günü” keçirilib.
APA TV-nin xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, birinci qəbul ilində 9 ixtisas üzrə 19 nəfər yüksək balla Akademiyanın magistratura pilləsinə qəbul olunub. Bir nəfər hərbi xidmətə yollanıb, 18 nəfər isə magistr adını qazanıb: "Bu gün biz ilk qəbulun nəticəsini gördük, bu günün arzusundaydıq və Azərbaycan elminə yeni gənc nəsil, yeni güclü kadr potensialı gəldi. Bu magistrlərin elm həyatına qədəm qoyması Azərbaycan elmində çox mötəbər və əlamətdar gündür".
Akif Əlizadə əlavə edib ki, magistrlərin sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar barədə çıxış ediblər.
Tədbirin sonunda AMEA-nın ilk magistrlərinə diplomlar təqdim edilib.
Akif Əlizadə deyib ki, AMEA-nın magistraturasına maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb. Bildirib ki, 2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə qəbul olmaq üçün 1700-dən çox bakalavr müraciət edib və son məlumata əsasən, onlardan 67-si qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA