"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" yaradıldı

Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkətini özündə birləşdirən  “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” yaradılıb.

 

APA TV-nin məlumatına görə, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ölkəmizin beynəlxalq bazarda rolunun artırılmasında mühüm rol oynayacaq. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təşəbbüsün “ASAN Xidmət” tərəfindən irəli sürüldüyünü qeyd edib. O, konsorsiumun intellektual, innovativ və rəqabət qabiliyyətli potensialın formalaşdırılması, eləcə də beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN Xidmət” təcrübəsinin beynəlxalq bazara inteqrasiya etməsində böyük rol oynayacağını bildirib.

 

İKT sahəsində ixtisaslaşmış şirkətlərin rəhbərləri çıxışlarında yaradılan ittifaqın beynəlxalq bazarda Azərbaycanın mövqeyinə ciddi şəkildə təsir göstərəcəyini vurğulayıblar. Dövlətin İKT sahəsinə önəm verməsi şirkətlərə intellektual məhsulları dünya bazarına çıxarmağa imkan verəcək.  

 

Sonda “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR