Qubada dəhşət: iki nəfər maşında kül oldu

Qubada iki nəfər maşında yanaraq ölüb. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Hacıhüseynli kəndi ərazisində qeydə alınıb.

 

"VAZ-2106" markalı maşının yanması nəticəsində iki nəfər maşında yanaraq ölüb. Onların cəsədləri bu gün səhər saatlarında aşkar edilib.

 

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadın və kişi olduqları ehtimal edilən şəxslərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb. Hər iki cəsəd ekspertizadan keçirilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR