Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşdu, yaralılar var
Gecə saatlarında Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.
Hadisə Ələt-Astara magistral yolunun Lökbatan dairəsindən keçən hissəsində, kənar dairəvi yolda qeydə alınıb. Şəhərdaxili xətt marşrutlarından birinə aid "Daewoo" markalı avtobus Lökbatan dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkət edən "Opel" markalı minik maşını ilə toqquşub.
Nəticədə minik maşınında olan 43 yaşlı Sabir Məmmədov, 32 yaşlı Elşad Nəcəfov, 38 yaşlı Fuad Rəşidov və 47 yaşlı Vüqar Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sərnişin avtobusu YPX əməkdaşları hadisə yerinə gələnə kimi ərazidən uzaqlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
17:52
228
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
330
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
396
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
492
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
618
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
659