Avropa Birliyi qaçqın statusu olmayanların geri qaytarılmasını təklif edir
Avropa ölkələrinin daxili işlər nazirləri Avropa Komissiyasının miqrantlarla bağlı hərəkət planını təsdiqləyib. Avropa Birliyi ölkələri Estoniyada keçirilən qeyri-rəsmi yığıncaqda miqrant axınına məruz qalan İtaliyaya dəstək olacaqlarını bildirib.
APA TV "Euronews"a istinadən xəbər verir ki, İtaliya daxili işlər naziri Marko Minniti Avropa Birliyinin qaçqın statusuna sahib olmayanların gəldikləri yerə qaytarılması siyasətini inkişaf etdirmək istədiyini açıqlayıb.
"Bu vəziyyətdə geri göndərilənlərə ortaq viza siyasəti əlavə olunacaq. Geri göndərmə halları ilə bağlı qaydalara riayət etməyən ölkələr üzv ölkələrin viza məhdudiyyətlərinə məruz qalacaq", - deyə Minniti deyib.
Avropa Birliyi dənizdə miqrantları qurtaran qeyri-hökumət təşkilatları ilə bağlı davranış qaydalarını da müəyyən etməyə çalışır. "Sərhədsiz Həkimlər" təşkilatının nümayəndəsi Oreli Pontye isə bunun təsirli olub-olmayacağı mövzusunda bəzi narahatlıqlarını dilə gətirib:
"Humanitar prinsiplərə, tibb etikasına, miqrantlarla bağlı beynəlxalq qaydalara və beynəlxalq dənizçilik qaydalarına hörmət göstəririk. Biz fəaliyyət çərçivəmizdə çox açıq hərəkət edirik. Tətbiq ediləcək davranış qaydalarının buna mənfi təsirinin yaranacağını düşünürəm".
Avropa Birliyi, eyni zamanda Liviya hökuməti üçün 46 milyon avro yardım təklif edir. Mütəxəssislər isə vətəndaş müharibəsi ilə əlaqədar bunun təsir etməyəcəyi qənaətindədir. Avropa Komissiyası İtaliyaya da maliyyə dəstək təmin edilməsini təklif edib.
OXŞAR XƏBƏRLƏR
17:52
228
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
330
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
396
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
492
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
618
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
659