Xarici hərbi attaşelər və jurnalistlər də Alxanlıdakı erməni vəhşiliyinə şahid oldu

Bu gün Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunan səfərdə diplomatlar iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində, biri azyaşlı olmaqla, iki nəfərin ölümü və bir nəfərin yaralandığı ərziyə baş çəkib. Beynəlxalq nümayəndələr cəbhə xəttinə səfərə “N” saylı hərbi hospitalda müalicə alan Səlvinaz Quliyevaya baş çəkməklə başlayıb.

Görüşdə iştirak edən və Azərbaycanda akkreditasiya olunmuş TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, "RİA Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Cənubi Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və hərbi attaşelər kəndə gələrək mərhum 50 yaşlı Sahibə Quliyavanın və onun 18 aylıq nəvəsi Zəhranın məzarlarını ziyarət edib.

Beynəlxal təşkilat nümayəndələri yerli sakinlərlə də görüşüb. Alxanlı kənd sakinləri qonaqlardan erməni vəhşiliklərini və baş verən bu haqsızlıqları ali tribunalarda səsləndirmələrini xahiş edib.

“Qoy, dünya uşaq ölümünə göz yummasın”, - deyə sakinlər bildirib.

Hərbi attaşelər arasında Amerikanın Azərbaycandakı hərbi nümayəndəsi Ceyms Tompson və Pakistanın hərbi attaşesi Seyid İmran Əli də iştirak edib. Onlar azyaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın ölümü, kənd sakini Səlvinaz Quliyevanın isə yaralanmasından çox təəssüfləndiklərini deyib.

Görüşdə XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, Ermənistanın təbliğat maşını bu cinayətə və bu vəhşiliyə görə öz məsuliyyətini gizlətməyə çalışır:

"Onlar iddia edir ki, guya kəndin ərazisində hərbi xarakterli məntəqələr olub və buradan atəş açılıb, ona görə də Ermənistan silahlı qüvvələri tərəfindən kənd atəşə tutulub. Halbuki, kənddə hər hansı hərbi təyinatlı obyekt və ya qərargah olmayıb. KİV nümayəndələri, həmçinin hərbi attaşelər peşəkar hərbçi gözü ilə ərazi ilə tanış oldu və şahid oldular ki, ərazidə hər hansı hərbi təyinatlı obyekt yoxdur. Bu isə Ermənistanın bütün təbliğatını və məsuliyyəti öz üzərindən atmaq səylərini alt-üst edir".

Təşkil olunmuş  səfərin son mərhələsində isə numayəndələr 2 yaşlı Zəhranın və onun nənəsi Sahibə Quliyevanın Zobucuq-5 qəsəbəsində təşkil olunmuş yas mərasimində iştirak edib.

"Bütün Amerika onların ailələri ilə bilrikdə hüzn içindədir. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiona sülhün, mülki əhali üçün təhülkəsizlik və sabitliyin təmin olunması üçün ideal yoldur".

"Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var – münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT qətnamələrini yerinə yetirməklə həll olunmalıdır".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR