Yanukoviç Krımın işğalına münasibət bildirdi
Dövlətə xəyanətdə ittiham olunan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukrayna hökumətini məhkəmə prosesində iştirakını əngəlləməkdə və hüquqlarını pozmada ittiham edib.
APA TV-nin NTV-yə istinadən xəbərinə görə, sözügedən işlə bağlı növbəti iclas Kiyevin Obolensk məhkəməsində baş tutacaq.
Yanukoviç bu prosesi qeyri-qanuni hesab etdiyini və vəkillərini geri çağırdığını bildirib. "Əgər baş prokuror hökmün oxunacağı tarixi indidən açıqlayırsa, bu, artıq hər şeyin əvvəlcədən planlaşdırıldığını göstərir" - deyə o qeyd edib.
Dövlətə xəyanətdən başqa, Ukrayna sərhədlərinin dəyişdirilməsinə cəhddə də ittiham olunan sabiq prezident Krımın Rusiyaya birləşdirilməsinə də münasibət bildirib. O, yarımadanın Ukraynadan ayrılmasını görə təəssüfləndiyini söyləyib: "Amma buna görə məsuliyyət hakimiyyətə qanunsuz yolla gələn və öz xalqına müharibə elan edən qüvvələrin üzərinə düşür. Krımlılar referenduma getməklə özlərinin və uşaqlarının həyatını müdafiə etdilər".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA