ABŞ-ın Azərbaycandakı səfirliyi: Zəhra və nənəsinin ölümü çox ağır faciədir

“Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, Sərvinaz Quliyevanın isə yaralanması on illər ərzində bu münaqişədən zərər çəkən bütün insanların əziyyətləri və ölümləri kimi çox ağır faciədir”.

 

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını şərh edərkən bildirilib.

 

Səfirlikdən qeyd olunub ki, həmin gün baş verən hadisə bir daha göstərdi ki, hər iki tərəf bir araya gəlməli və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmalıdır:

 

"Bu münaqişənin hərbi yolla həlli yoxdur. Məsələni irəli aparan yeganə variant danışıqlar vasitəsi ilə nizamlama yolunu tapmaqdır", - deyə səfirlikdən bildirilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR