Boğazında şaftalı tumu qalan 14 yaşlı yeniyetmə öldü
Lənkəranda boğazında şaftalı tumu qalan 14 yaşlı oğlan boğularaq ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərinin Səmədzadə küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 14 yaşlı Taleh Nəsirzadə şaftalı yeyərkən tumu boğazında qalıb. Atası Anar Nəsirzadə oğluna ilkin tibbi yardım göstərməyə çalışıb. Nəticəsi olmadığından, onu dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin xəstəxanaya çatanadək yeniyetmə dünyasını dəyişib.
Hadisə zamanı oğluna ilkin tibbi yardım göstərmək istəyən ata barmaqlarından yüngül xəsarət alıb. Meyit müayinə olunmaqdan ötrü Lənkəran morquna aparılıb.
Qeyd edək ki, Taleh Nəsirzadə ailənin yeganə oğlan övladı olub.
OXŞAR XƏBƏRLƏR
17:52
228
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
330
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
396
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
492
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
618
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
659