Yaponiya selə təslim oldu - 400 MİN NƏFƏR TƏXLİYƏ OLUNUB

Yaponiyanın cənub-qərb bölgəsindəki Kyuskyu adasındakı Fukuoka və Oita şəhərlərinin 400 min sakini evakuasiya olunub.

 

APA TV-nin xəbərinə görə, buna səbəb aramsız yağan yağışlardır.

 

Şəhər rəhbərliyi əhalinin evlərini təcili tərk etməsini tapşırıb və ya fövqəladə vəziyyət üçün nəzərdə tutulan saxlanclarda gizlənməyi məsləhət görüb.

 

Çayların daşması nəticəsində yollar tamamilə yuyulub. Güc strukturlarının verdiyi məlumata görə, azı 9 nəfər itkin düşüb və onlar barəsində hər hansı bir məlumat yoxdur. Fəlakət bölgəsində 7 min xilasedici, polis, yanğınsöndürən və hərbi qulluqçu işləyir. Bölgələrə əlavə olaraq 40 vertolyot göndərilib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR