Bakıda keçmiş məhkumun maşınından 11 kq narkotik tapıldı
Bakıda keçmiş məhkumun maşınından külli miqdarda narkotik tapılıb.
APA TV-nin xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ağaxan Hüseynov Binəqədi-Xırdalan yolunda “VAZ-21015” markalı avtomobili idarə edən zaman kobud qayda pozuntusuna yol verdiyi üçün ona saxlama əmri verilib.
Binəqədi Rayon DYPŞ-nin rəisi Vüqar Hüseynovun sözlərinə görə, sürücü əvvəlcə yol polisinin qanuni saxlama əmrinə tabe olmayaq qaçmağa cəhd göstərib: "Onun avtomobilinə baxış zamanı avtomobilin yük yerində gizlədilmiş 10 kiloqram 670 qram qurudulmuş marixuana, 75,326 qram tiryək aşkar edilərək götürülüb".
Qeyd edək ki, sürücünün üzərinə baxış keçirilən zaman əlavə olaraq yüksək psixotrop təsirə malik olan 180 qram metoamfetamin həbləri də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini və avtomobilində gizlətdiyini etiraf edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA