Prezident tərəfdarları parlamentə hücum etdilər: yaralılar var
Venesuelada hakimiyyət tərəfdarları müxalifərin üstünlük təşkil etdiyi parlament binasına hücum edib. APA TV-nin məlumatına görə, hücum edənlərin əllərində taxta parçaları olub.
Hücum nəticəsində deputatlar arasında xəsarət alanlar olub. Deputat Ameriko de Qrasiyanın xəsarəti daha ağırdır. Onun başına zərbə endirilib.
Prezident tərəfdarları əldəqayırma partlayıcılardan istifadə ediblər.
Venesuela prezidenti Nikolas Maduro isə baş vermiş hadisəni pisləyib. O, bəyan edib ki, parlamentə hücumdan xəbərsiz olub və heç bir zorakılıqda iştirak etmək niyyəti yoxdur. Prezident insidentlə bağlı təhqiqat aparılması tapşırığı verib.
Qeyd edək ki, Venesuelada Ali Məhkəmənin parlamentin səlahiyyətlərini məhdudlaşdıran qərarından sonra üç aydır kütləvi etiraz aksiyaları keçirilir. Məhkəmənin qərarı ləğv edilsə də, müxalifət hakimlərin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıb. İndiyədək baş verən toqquşmalar nəticəsində 90-dan çox adam ölüb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA