Bakıda keçmiş arvadını öldürmək istəyən kişi ona mane olan həkimi bıçaqladı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Pirşağı qəsəbəsində, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 14 saylı köməkçi stansiyasında qeydə alınıb.
Stansiyada tibb bacısı işləyən qadının keçmiş həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və bıçaqla silahlanaraq tibb müəssisəsinə gəlib. O, keçmiş arvadını öldürmək istəyib. Stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov Abbas Hüseynova mane olmağa çalışıb. Lakin sərxoş kişi əlindəki bıçaqla həkimin ürək nahiyəsinə zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
282
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
371
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
440
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
496
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
622
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
663