Prezident balaca Zəhranın və nənəsinin öldürülməsindən yazdı

“Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev "Twitter" səhifəsində yazıb.

 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR