Polis əməkdaşları mükafatlandırıldı

Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" Azərbaycan Qran-prisində Yol Polisinin fəaliyyəti və 2 İyul - Polis Günü münasibətilə tədbir keçirib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi yol polislərinə stimul verir. Sonra xidmətdə fərqlənən 26 yol polisi əməkdaşı tədbir təşkilatçıları tərəfindən mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR