Ermənilərin öldürdüyü 2 yaşlı Zəhra və nənəsi dəfn olundu
Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı dəfn olunublar.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hər iki şəxs kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumların ailə üzvləri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri də iştirak edib.
İcra Hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün mərhumların yas mərasimini Alxanlı kəndində deyil, digər qəsəbədə keçirilməsini qərara alıb.
OXŞAR XƏBƏRLƏR
17:52
287
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
376
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
446
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
498
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
624
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
665