Bakıda 12 milyon manatlıq narkotik yandırıldı

Bu ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1386 fakt aşkar edilib.

 

APA TV-nin məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib: "Ümumiyyətlə, bu gün məhv edilən narkotik vasitələrin qara bazarda satış qiyməti 12 milyon manat təşkil edir". 

 

Qanunsuz dövriyyədən ümumi çəkisi 461 kq olan 22,33 müxtəlif növ narkotik vasitə çıxarılaraq yandırılıb. Bu müddət ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların ikisi 18 yaşadək, 94-ü 18-25 yaşadək, 142-si 26-29, 785-i 30 yaşdan yuxarı, 11-i fəhlə, ikisi qulluqçu və ya maddi məsul şəxs, 922-si işləməyən, 1008-i kişi, 15-i qadın, 9 nəfəri xarici ölkə vətəndaşı olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR